Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək

Bu gün Moskvada Azərbaycan-Rusiya-Ermənistan işçi qrupunun iclası keçiriləcək
Bu gün Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri - Şahin Mustafayev, Mher Qriqoryan və Aleksey Overçukun həmsədrliyi ilə üçtərəfli işçi qrupunun görüşü planlaşdırılır.

“Report” yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.

Daha əvvəl bildirilib ki, görüşdə Azərbaycanla Ermənistan arasında sərhəd və gömrük proseduru müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, Ermənistanın baş naziri İrəvanla Bakı arasında 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya ilə bağlı ilkin razılıq əldə edildiyini bildirib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
375 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...