ABŞ-da döyülən Əhməd Obalının son vəziyyəti açıqlandı

ABŞ-da döyülən Əhməd Obalının son vəziyyəti açıqlandı
Xəbər verdiyimiz kimi, Güney Azərbaycan Televiziyasının (GünAz TV) qurucusu və rəhbəri, Amerika Birləşmiş Ştatlarında (ABŞ) mühacir həyatı yaşayan, milli fəal Əhməd Obalı ABŞ-da vəhşicəsinə döyülüb.

Yeniavaz.com xəbər verir ki, “GünAz TV”nin Bakı ofisinin rəhbəri Araz Obalı APA-ya açıqlamasında hadisə barədə danışıb.
Onun sözlərinə görə, hadisə Əhməd Obalının Azərbaycandan dönüşündən bir gün sonra baş verib:
“Əhməd bəy Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında hoteldə sayı bilinməyən şəxslərin terror hücumuna məruz qalıb. Hücum nəticəsində Əhməd Obalının bütün bədəni ciddi zədə alıb, boynu, sağ əlinin bütün barmaqları sındırılıb, gözləri ciddi zərbə alıb. Qollarını və ayaqlarını hiss etmir. İnşallah ayağa qalxandan sonra hadisə ilə bağlı detallı bilgiləri özündən eşidəcəyik”.
Araz Obalı bildirib ki, hadisə ilə bağlı araşdırma davam edir.
Araz Obalı onu da əlavə edib ki, polis hücumu həyata keçirənlərin həbs olunduğunu bildirib, ancaq onların sayı barədə məlumat verilməyib.
Qardaşı hazırda xəstəxanada olan Əhməd Obalının son durumu barədə də danışıb.
O, Əhməd bəyin vəziyyətinin qənaətbəxş olduğunu deyib:
“Həyati təhlükəsi yoxdur. Ümumi diaqnoz ondan ibarətdir ki, sağ əlinin barmaqları qırılıb. Əl və ayaqlarını hiss etmir, demək olar ki. Həmçinin baş nahiyəsindən və gözlərindən çox ciddi zədə alıb. Fikrimizcə, boynunu sındırmağa cəhd ediblər”, - o bildirib.

ABŞ-da döyülən Əhməd Obalının son vəziyyəti açıqlandı



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
487 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...