Rusiyada COVID-19-dan ölüm sayında rekord davam edir

Rusiyada COVID-19-dan ölüm sayında rekord davam edir
Rusiyada son sutka ərzində daha 24 522 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 7 535 548 nəfərə çatıb.

Son sutka ərzində 887 nəfərin koronavirusdan öldüyü bildirilib. Pandemya başlayandan koronavirusdan ölüm sayında maksimum qeydə alınıb. Ümumilikdə koronavirusdan ölənlərin sayı 208 142 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə ABŞ, Hindistan, İran, Böyük Britaniya, Braziliya, Malayziya və Türkiyədən sonra səkkizinci yerdə gəlir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1002 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...