Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları TAPILDI

Rusiyada qəzaya uğrayan təyyarənin qalıqları

Rusiyada iyulun 19-da radarlardan itən “An-2” tipli təyyarənin qalıqları tapılıb.

Gundemifo.az
-ın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, turist qrupu təyyarənin qalıqlarını Buryatinin Okinsk rayonunda dağlıq ərazidə aşkarlayıblar.

Hadisə yerinə xilasedicilər göndərilib. Ancaq xilasedicilər pis hava şəraitinə görə hələ hadisə yerinə yaxınlaşa bilmirlər.

Qeyd edək ki, göyərtəsində 6 nəfərin olduğu "Feniks" aviaşirkətinə məxsus təyyarə iyulun 19-da radarlardan itib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
509 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...