ABŞ hərbçilərinə kömək edən əfqanlar ölkədən çıxarılacaq

ABŞ hərbçilərinə kömək edən əfqanlar ölkədən çıxarılacaq
ABŞ Prezidenti Co Bayden Əfqanıstanda Amerika qoşunlarına müxtəlif yardımlar göstərən şəxslərin ölkədən çıxarılması üçün 100 milyon ABŞ dollarına qədər vəsait ayrılmasına icazə verib.

“Report” xəbər verir ki, bu barədə Amerika liderinin dövlət katibi Antoni Blinkenə göndərdiyi bildirişdə deyilir.

Hazırda təxminən 2,5 min Əfqanıstan vətəndaşı xüsusi Amerika immiqrant vizası üçün müraciət edə bilər. Bununla birlikdə, Qərb mediasında yer alan məlumatlara görə, tərcüməçi kimi Amerika əsgərlərinə kömək edən təxminən 18 min əfqan və təxminən onların 53 min ailə üzvü belə viza almağa ümid edirlər.

Bu olduqca vaxt aparan prosesdir, buna görə Vaşinqton həmin insanları təxliyə etmək barədə qərar verib. Onları müvəqqəti olaraq ABŞ-ın Virciniya ştatının Riçmond şəhəri yaxınlığında yerləşən For-Li hərbi bazasında və ya ABŞ-dakı bu tip digər hərbi bazalarda yerləşdirilməsi planlaşdırılır.

Əfqanıstandan evakuasiya edilən şəxslərə əlavə imtiyazlar da verilməyəcək. Belə ki, ABŞ vizası ala bilməyən əfqanların vətənlərinə deportasiya olunacağı ehtimalı var.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
689 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...