Rusiya Moldovanı savaşla təhdid etdi

Rusiya Moldovanı savaşla təhdid etdi
Moldovanın yeni seçilmiş prezidenti Maya Sandunun Rusiya sülhməramlılarının Dnestryanı ərazilərdən çəkilməsi ilə bağlı açıqlaması Moskvadan sərt reaksiyalara səbəb olub.

Qaynarinfo xəbər verir ki, Rusiya Federasiya Şurasının üzvü, İnformasiya Siyasəti komissiyasının sədri Aleksey Puşkov Moldova prezidentinə "Twitter" hesabından cavab verib.

Onun sözlərinə görə, rus sülhməramlıların Dnestryanı ərazilərdə mövcudluğu sülhün qarantıdır:

"Onların mövcudluğu bölgədə sülhün və 30 ildir ki, orada yaşayan insanların qorunmasının bir zəmanəti oldu".

Dnestryanı bölgədə 220 min Rusiya vətəndaşının yaşadığını da xatırladan Puşkov onların təhlükəsizliyinin Moldovanın yeni prezidentinin səsləndirdiyi bəyanatlardan daha vacib olduğunu deyib.

Federasiya Şurasının başqa bir üzvü Andrey Klimov də açıqlamasında sülhməramlıların geri çəkilməsinin Moldavada münaqişənin yenidən başlanamasına səbəb ola biləcəyini söyləyib:

"Əgər oradan çıxsalar, onda münaqişənin yeni bir isti mərhələsi başlaya bilər, bu da heç kimə xoş gəlməz".


Qeyd edək ki, Maya Sandu Dnestryanı münaqişənin həllinə dair danışıqlarda "yumşaq yanaşmanın” nəticəsiz qaldığını söyləməklə yanaşı bölgədən rus sülhməramlılarının geri çəkilməsinə çağırıb.

Moldovanın yeni prezidentinin bəyanatına Rusiya tərəfinin verdiyi açıqlamalarını Qaynarinfo üçün şərh edən politoloq Xaqani Cəfərli bildirib ki, rus sülhməramlılarının Dnestryanı ərazidə olması beynəlxalq mandata uyğun deyil:

"1992-ci ildə imzalanan üçtərəfli - Moldava, Rusiya və Dnestryanı – razılaşmadan sonra Moldavanın prosesə təsir etmək imkanları azaldı. Yəni zamanında həmin boşluqları buraxıblar, indi də ruslar bundan istifadə edir. Eyni zamanda Dnestryanı bölgədə Ukraynanın da maraqları var – orada ukraynlar da yaşayır. Ümumi olaraq sözügedən bölgədə rusdilli toplum var. Bu münaqişənin həllində Ukraynanın çox böyük rolu ola bilər. Çünki Ukrayna və Moldavanın arasında yerləşən Dnestryanı bölgəyə Rusiyanın birbaşa çıxışı yoxdur. Bölgədə davamlı sülhun əldə olunmasında Moldava və Ukraynanın maraqları üst-üstə düşməlidir ki, yeni müharibənin başlamasına imkan verilməsin. Rusiya qoşununun Dnestryanı bölgədə olması həm də Ukraynanın suverenliyinə təhdiddir. Bütövlükdə dondurulmuş münaqişələrin hər zaman müharibəyə çevrilmək ehtimalı olduğu üçün Rusiya da bundan təhdid vasitəsi kimi istifadə edir. Post-sovet məkanındakı başqa münaqişələrdə olduğu kimi. Çünki bu münaqişələrin hamısı Rusiya tərəfindən yaradılıb”.

Rusiyanın Dnestryanı bölgədə 220 min vətəndaşının olmasını da Kreml üçün əlavə təsir rıçağı hesab edən politoloq Rusiyanın oxşar texnologiyadan başqa münaqişə zonalarında da iştifadə etdiyini bildirib:

"Rusiya pasportlarını ona görə paylayıb ki, istənilən zaman münaqişəyə təsir etmək imkanlarına hüquqi don geyindirə bilsin. Oxşar məsələni Abxaziya, Osetiya, Luqansk və Donetskdə də müşahidə edirik. Eyni senarinin Qarabağda baş tutacağını da iddia edənlər yox deyil. Ancaq Qarabağda yaşayan əhaliyə, yəni ermənilərə vətəndaşlığın hansı şərtlərlə veriləcəyini Rusiya necə izah edəcək? Məsələn, Osetiyada Rusiya vətəndaşlığını verəndə Şimali Osetiyanı göstərirdi…”



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
467 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...