"Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm” - Tramp gileyləndi

"Prezident olandan sonra dostlarımla oturub içə bilmirəm” -


ABŞ Prezidenti Donald Tramp prezident seçiləndən sonra bütün dostlarını itirdiyini deyib.

Rosbalt.ru-nun xəbərinə görə, bu barədə o, Viskonsində seçiciləri ilə görüş zamanı açıqlayıb.

Tramp bildirib ki, artıq dostlarını konqres üzvləri əvəz edir.

Onun sözlərinə görə, səmimi münasibəti olan dostları, prezident seçiləndən sonra ona “cənab prezident” deyə xitab edirlər.

O qeyd edib ki, artıq dostları ilə “oturub içə bilmir”. ABŞ lideri həmçinin spirtli içki qəbul etmədiyini də deyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
568 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...