Ermənistanın xarici borcu 7 milyard dollara çatıb

 Ermənistanın xarici borcu 7 milyard dollara çatıb

Ermənistanın dövlət borcu ötən il ərzində 148,3 milyon dollar artıb.

Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Maliyyə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, ölkənin borcu 2018-ci il dekabrın 31-dək olan vəziyyətə görə, 6 milyard 774,6 milyon dollar təşkil edib

Bundan öncə Ermənistan Maliyyə Nazirliyinin Dövlət borclarının idarəolunması idarəsinin rəisi Arşaluys Marqaryan bildirmişdi ki, 2019-cu ilin sonuna kimi Ermənistanın dövlət borcu təxminən 7,5 milyard dollar təşkil edəcək. Onun sözlərinə görə, bu məbləğ hökumətin və Ermənistan Mərkəzi Bankının xarici və daxili borclarını əhatə edir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
589 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...