Türk ordusu yunanları heyrətə gətirdi: Necə qorxmayaq? - Video

Türk ordusu yunanları heyrətə gətirdi:

Yunanıstanda yayımlanan televiziya proqramlarından birində Türkiyənin axtarış siyahısında yer alan terrorçulara qarşı həyata keçirdiyi əməliyyatlardan bəhs olunub.

Axar.az xəbər verir ki, proqram zamanı aparıcı Türkiyənin əməliyyat görüntüləri qarşısında qorxuya düşüb.
Prezident Rəcəb Tayyib Ərdoğanın Fəratın şərqindəki PKK-PYD-YPG düşərgələrinin təmizlənəciyini açıqladığının xatırladıldığı proqramda türk ordusunun güc nümayiş etdirdiyi bildirilib.

Skay TV-də yayımlanan proqramda TSQ-nın ölkə sərhədlərindən kənarda 20 gün ərzində həyata keçirdiyi əməliyyatlarda F-16 qırıcıları və yerli istehsal olan dronlardan istifadə edildiyi qeyd olunub.

Proqramın qonaqlarından biri qardaş ölkənin dron istehsalı sahəsində uğur qazandığını etiraf edib. Aparıcı isə əməliyyat görüntülərindən qorxuya düşüb və bunu proqram zamanı dilə gətirib. Ekspertlərdən birinin “qorxmağa gərək yoxdur” sözləri qarşısında xanım aparıcı “bundan necə qorxmayaq?” cavabını verib.

Qeyd edək ki, bir qədər əvvəl Türkiyə Silahlı Qüvvələrinin dron hücumu nəticəsində PKK-nın 4 lideri öldürülmüşdü.





Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
686 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...