Türkiyədə 900 polisin iştirakı ilə əməliyyat keçirildi

Türkiyədə 900 polisin iştirakı ilə əməliyyat keçirildi


İstanbulun 5 mahalında narkotik satıcılarına qarşı genişmiqyaslı əməliyyat keçirilib.Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, İstanbul Polis Təşkilatının narkotiklə mübarizə şöbəsinin Beyoğlu, Şişli, Eyüp, Gaziosmanpaşa və Kağıthane mahallarında keçirdiyi əməliyyatda 400 polis iştirak edib.

Vertolyotların da havadan dəstəklədiyi əməliyyatda 90-a yaxın ünvana basqın təşkil edilib və xeyli sayda şübhəli saxlanılıb. Ünvanlarda aparılan axtarışlarda xeyli narkotik maddə və narkotik satışından əldə edildiyi təxmin edilən pul ələ keçirilib. Adanada narkotik satıcılarına qarşı keçirilən əməliyyat da isə 500 polis iştirak edib. Əməliyyat zamanı 25 nəfər saxlanılıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
940 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...