Əfqanıstanda 3 məktəbə hücum edildi - 1-nə raket atıldı

Əfqanıstanda 3 məktəbə hücum edildi -

Əfqanıstanın şərqindəki Paktika əyalətində 3 məktəbə hücum baş verib. BakuPost xəbər verir ki, səhər saatlarında bir qrup silahlı şəxs iki məktəbə qumbaralarla hücum edib. Daha bir məktəbə isə raket atıldığı məlumat verilib. Hücum zamanı məktəblərin heç birində şagirdlər olmayıb. Məktəb binalarına ciddi ziyan dəydiyi deyilir. Hücumlarla əlaqədar məsuliyyəti üzərinə götürən təşkilat olmayıb.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
621 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...