Ukraynada növbəti korrupsiya qalmaqalı – 29 milyon dollar talandı

Ukraynada növbəti korrupsiya qalmaqalı –


“Ukrspirt”in sabiq baş direktoru Aleksandr Hart dövlət əmlakını talamaqda ittiham olunaraq 2014-ci ildən bu yana İnterpol xətti ilə axtarışdadır.

Ukraynada üzə çıxan böyük böyük miqyaslı korrupsiya qalmaqallarına bir yenisi də əlavə olunub.

Avropa.info xəbər verir ki, spirtli içki bazarından cavabdeh olan dövlət qurumu “Ukrspirt”in sabiq baş mühasibi 750 milyon grivinlik (təxminən 28,8 milyon dollar) korrupsiya faktı ilə bağlı saxlanılıb.

Bu haqda məlumatı Ukraynanın baş prokuroru Yuriy Lutsenko verib. O bildirib ki, “Ukrspirt”də 2012-2014-cü illər arasında baş mühasib olaraq çalışan Roman Voloşçuk korrupsiyada ittiham olunur.

Lutsenkonun sözlərinə görə Voloşuk “Ukrspirt”in sabiq baş direktoru Aleksandr Hart ilə razılaşaraq məhsul alışında adı keçməyən neylon şirkətlərinin hesablarına 750 milyon grivin köçürdüyü üzə çıxıb. Voloşuk həmçinin 175 milyon grivin məbləğində vergidən yayınmaqda da şübhəli bilinir.




Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
651 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...