Arda-Terim davasına prezidentdən cavab

Arda-Terim davasına prezidentdən cavab

Baş məşqçi Fatih Terimlə Arda Turan arasında yaşanan gərginliyin səbəbi mükafat deyil.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən son vaxtlar futbol millisinin ətrafında yaranan qalmaqallar haqda “A Spor” telekanalına açıqlamasında deyib.

“Fatih Terim bizimlə yola davam edib-etməmək haqqında müzakirə apardı. Biz də onun qalmasına, bu yolu birlikdə getməyə qərar verdik. Qarşıda vacib oyunlarımız var.

Arda Turan məsələsinə gəlincə, futbolçunun oynayıb-oynamamasına baş məşqçi qərar verir. Arda 6 ay futbol oynamadı, amma Fatih Terim onu yığmaya çağırdı. Həmin vaxt “Onu niyə heyətə dəvət etdin?” - demədik. İndi çağırmır, biz yenə bu məsələyə qarışmırıq. Terim milli heyəti mənə təqdim edəndə “Xeyirli olsun” deyib, uğur arzuladım”, - Dəmirörən bildirib.

Xatırladaq ki, Fatih Terimin məşhir türk futbolçu Arda Turanı milliyə dəvət etməməsi uzun müddətdir müzakirə edilir və ən müxtəlif səbəblər əsas gətirilir.


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
626 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...