Yanukoviç Ukrayna prezidenti adından məhrum edilə bilər

Yanukoviç Ukrayna prezidenti adından məhrum edilə bilər


Ukraynanın Konstitusiya Məhkəməsi oktyabrın 19-da ölkənin prezidenti Pyotr Poroşenkonun konstitusiya işi ilə bağlı təqdimatı üzrə dinləməyə başlayacaq.

Modern.az xarici mediaya istinadən xəbər verir ki, həmin təqdimat Viktor Yanukoviçin Ukrayna prezidenti adından məhrum olunmasını nəzərdə tutur.

Viktor Yanukoviç 2014-cü ilin fevral ayında Maydan hərəkatı nəticəsində ölkədən qaçıb. O, hazırda Rusiyaərazisində yaşayır.

Hakimiyyətdən uzaqlaşdırılandan sonra Viktor Yanukoviçə çoxsaylı cinayət işləri açılıb. 2015-ci il fevral ayının 4-də Ali Rada onun ukrayna prezidenti adının ləğvi ilə bağlı qanun qəbul edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
640 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...