ABŞ Rusiyanın cəhənnəmə çevriləcəyini xəbər verdi - Departamentdən şok açıqlama

ABŞ Rusiyanın cəhənnəmə çevriləcəyini xəbər verdi  -


ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbi Suriyadakı vətəndaş müharibəsinin Rusiyaya böyük zərbə vuracağını açıqlayıb. Axar.az xəbər verir ki, Vaşinqton rəsmisi Rusiyanın böyük şəhərlərində terror hücumların ola biləcəyini istisna etməyib:
“Suriyada vətəndaş müharibəsi davam edərsə, radikal qruplaşmalar fəaliyyət dairələrini genişləndirə bilər. Heç şübhə yoxdur ki, bu, Rusiyanın mənafeyinə ziddir və Rusiyanın böyük şəhərləri bu hücumlara məruz qala bilər.


Rus əsgərlər cəsəd torbalarında ölkələrinə qayıda bilər. Rusiya qaynaqlarını və daha çox döyüş təyyarəsini itirə bilər”. Kirbi Suriyada baş veən hadisələrə görə əsas məsuliyyətin Rusiyanın üzərində olduğunu deyib: “Dövlət katibi Con Kerri əsas məsuliyyətin Rusiyada olduğunu deyib. Moskva humanitar yardımın mənzil başına çatmasını təmin etməlidir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
713 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...