Obama və Papa Peresin dəfn mərasiminə qatılacaq

 Obama və Papa Peresin dəfn mərasiminə qatılacaq


ABŞ prezidenti Barak Obama, Roma Papası Fransisk yəhudi dövlətinin 9-cu prezidenti Şimon Peresin dəfn mərasimində iştirak etmək üçün İsrailə gedəcək.

AzVision.az məlumatına görə, dəfndə ABŞ dövlət katibi Con Kerri, bu ölkənin keçmiş prezidenti Bill Klinton və xanımı Hillari Klinton, Fransa prezidenti Fransua Olland, Kanadanın baş naziri Castin Tryudo, Britaniya taxt-tacının varisi, Uels şahzadəsi Çarlzın da iştirakı edəcəyi gözlənilir. Qeyd edək ki, İsrailin keçmiş prezidenti Şimon Peres bu gün 94 yaşında Təl-Əvivdə vəfat edib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
632 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...