Düyün çözülür: Gülənin dəhşət dolu məxfi adamı

Düyün çözülür:


FETÖ-nun hərbi işlərdən məsul üzvü Hüseyn Uğur Sarıçiçək təşkilatın Cənubi Afrika imamı Necdət İçəldən danışıb.

Axar.az xəbər verir ki, o, Necdətin 6 nəfərlik gizli heyətin içində olduğunu bildirib:

“Necdət İçəl Gülənə yaxın olan 6 nəfərlik gizli heyətin üzvlərindən biridir. O, FETÖ-nun qara qutusu idi. Ən məxfi əməliyyatları, cinayətləri məhz İçəl həyata keçirirdi. Muhsin Yazıçıoğlunun ölümündə də onu əli var. Çox amansız adamdır. İçəl əsəbiləşdiyi bir adamı yüzlərlə metr yüksəkliyə qalxmış helikopterdən yerə atdırmışdı.

17-25 dekabr hadisələrinin planını da Necdət İçəl qurmuşdu. Amma o, daha əvvəl FETÖ-dan aldığı 17 milyon lirəni çamadanlara yığıb İsveçrəyə qaçdı. Deyilənə görə, İçəl kürəkənini öldürmək üçün muzdlu qatil də tutub, lakin qatillər işdən boyun qaçırıb”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
697 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...