Türkiyədən hava əməliyyatı: 40-a qədər İŞİD silahlısı öldürülüb

Türkiyədən hava əməliyyatı:


İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqın şimalında həyata keçirdiyi hava əməliyyatları nəticəsində 40-a qədər İŞİD silahlısı zərərsziləşdirilib

Öldürülən İŞİD üzvləri arasında terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadinin məsləhətçisi Əbu İbrahim əl-Hədidi də var.

Onun da olduğu avtomobil karvanına Mosul yaxınlığında havadan hücum təşkil edilib. Eyni zamanda xəbər verilir ki, Mosul ətrafındakı bombardmanda İŞİD-in daha bir yüksək rütbəli şəxsi Visam İsmayıl əs-Subari də öldürülüb. Subari terrorçu-kamikadzelərin hazırlanması üçün cavabdehlik daşıyırmış. (Trend)



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
633 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...