Gülənin diş həkimi də tutuldu

Gülənin diş həkimi də tutuldu


FETO rəhbəri Fətullah Gülənin diş həkimi həbs edilib.

AzVision.az -ın “Sözcü”ə istinadən verdiyi xəbərə görə, A.Ö adlı diş həkimi Ankaranın Keçiören qəsəbəsində işlədiyi klinikada saxlanılıb. Qeyd olunub ki, o, 26 dəfə Amerikaya gedərək Fətullah Gülənin dişlərini müalicə edib.

Həkim ona qarşı irəli sürülən ittihamları qəbul etməyib. Buna baxmyaraq həkim tutularaq həbsxanaya göndərilib. Bundan başqa Türkiyənin tanınmış iş adamı Akın İpeyin ("Koza-İpek holding") 18 şirkəti müsadirə edilib. Qərara əsasən 10 milyard dollarlıq şirkətlərin əmlakı Əmanət Haqqı Sığorta Fondunun hesabına köçürülüb. Bu fond şirkətlərin satılması və ləğvi barədə qərar çıxara bilər.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
688 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...