Daha bir milyarder Putinin qəzəbinə tuş gəldi

Daha bir milyarder Putinin qəzəbinə tuş gəldi


Məşhur rusiyalı biznesmen Viktor Vekselberq Prezident Vladimir Putinin qəzəbinə tuş gəlib. Axar.az “Blumberq”ə istinadla xəbər verir ki, iki yaxın dostunun gözlənilməz həbsi Vekselberqin baş üzərində qara buludlar olduğundan xəbər verir: “Hər şey 2000-ci il iyulun 28-dən başladı. Putin Rusiya biznesinin generalları ilə ilk rəsmi görüşünü keçirdi. Media maqnatı Vladimir Qusinski görüşdə deyildi, həbsdəydi. Media orqanları ilə Putinin seçilməsinə kömək etmiş Boris Berezovski də iclasda yox idi, Londondaydı. Bir neçə ay sonra heç qayıtmamağa qərar verəcəkdi. Çünki qayıtsa, həbs olunacaqdı.

Az sonra neft şirkətini itirəcək və 10 il həbsdə yatacaq Mixail Xodorkovski isə iclasda iştirak edirdi. Bankir Sergey Puqaçov da orada idi. Amma indi Fransadadır, Rusiyadakı holdinqləri əlindən çıxıb. Vekselberq də iclasda iştirak edib. Bir sıra varlı rusiyalı ilə birlikdə o, Putinin zamanında pis yaşamayıb, başını aşağı salıb, işini görüb. 14.2 milyard dollar sərvəti olan Vekselberq özünün bir patriot imicini yaradıb, Rusiyanın itirdiyi xəzinənin bir hissəsini ölkəyə qaytarıb.

Məsələn, dünyada ən böyük Faberje yumurtaları kolleksiyası, filosof İvan İlinin arxivi bu siyahıdadır. Putin də çıxışlarında İlindən tez-tez sitatlar gətirir. Qısası, 59 yaşlı Vekselberq hakimiyyətə sadiqliyini bir an da olsun əldən verməyib. Ancaq bazar ertəsi istintaq komitəsi milyarderin iki yaxın həmkarını – Boris Vaynziker və Yevgeni Olkoviki saxlayıb. Mixail Slobodin isə axtarışa verilib. Slobodin Rusiyanın 3 böyük mobil operatorundan biri – “VimpelCom”un direktoru, Vekselberq şirkətinin idarə heyətinin üzvüdür. O, hazırda xaricdədir, çox güman ki, ölkəyə qayıtmayacaq.

Olkovik Vekselberqin “Renova” holdinqinin direktoru idi. Vaynziker isə “T Plus” şirkətini idarə edirdi. Bu şirkət Rusiya enerji istehsalının 7 faizinə nəzarət edir”. Dərgi bu ittihamların Putinin birbaşa qəzəbindən doğduğunu yazıb. Buna səbəb isə avqustun 8-də Komi regionunun qubernatoru Sergey Qaplikovun Putinə yazdığı məktub olub: “Qubernator Vorkuta şəhərindəki istilik zavodunun sərmayə olmadığına görə sıradan çıxdığını deyib. 80 min nəfəri istiliklə təmin edən bu şirkətin sahibi “T Plus” isə onu satmağı planlaşdırıb. Çünki şəhərin istilikpaylayıcı şəbəkəsi bir neçə aydır ödənişləri etmirmiş. Məktubda bu şəbəkənin bir offşor şirkətlə bağlı olduğu da deyilib.

Vekselberq bir neçə məsələyə görə narahatdır. Yaxın dostlarının həbsi, baş ofisində araşdırmalar Kremlin ondan dəyərli nəsə istəməyinin göstəricisidir. Tezliklə “T Plus”un aktivləri hansısa dövlət şirkətinə, yaxud Putinin milyarder dostlarından birinə satıla bilər… Digərləri kimi Vekselberq də Kremlin girovudur. Onun sərvəti istənilən formada yenidən bölüşdürülə bilər”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
749 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...