Hərbi çevrilişə cəhd "Türk Hava Yollar"ına 40 mln. dollar zərər vurub

Hərbi çevrilişə cəhd "Türk Hava Yollar"ına 40 mln. dollar zərər vurub


Bu ilin iyunun 28-də Türkiyədə terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhdin Türk Hava Yollarına (THY) vurduğu zərərin həcmi açıqlanıb.

"APA-Economics"in "Bloomberg" agentliyinə istinadən verdiyi xəbərə görə, THY-nin İdarə Heyətinin sədri İlker Aycı deyib ki, hərbi çevrilişə cəhd THY-yə 40 mln. dollar məbləğində zərər vurub.

Onun sözlərinə görə, hərbi çevrilişə cəhdlə əlaqədar şirkətin əlavə xərcləri yaranıb: "İyunun 28-də terror hadisəsi və iyulun 15-də hərbi çevrilişə cəhddən sonra biletləri qeyd-şərtsiz dəyişdirəcəyimizi dedik. Bu iki hadisədən sonra biletlərin dəyişilməsi üçün 40 milyon dollar xərc çəkilib".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
675 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...