İslam Kərimov insult keçirib

İslam Kərimov insult keçirib
[center]

Özbəkistan prezidenti İslam Kərimov insult keçirməsi səbəbindən avqustun 27-də xəstəxanaya yerləşdirilib.

Gundeminfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Fərqanə” agentliyi Daşkənddəki mənbələrə istinadən məlumat yayıb.

Agentlik İ.Kərimovun Daşkənddəki iqamətgahının milis və xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən üçqat əhatəyə alındığını yazıb. Daşkəndə xaricdən prezidentin xəstəliyi barədə məlumatlı olan həkimlər gəliblər.

Ancaq hələ ki, bu məlumat rəsmən təsdiqlənməyib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
653 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...