Güclü yağış Ankarada həyatı iflic etdi

Güclü yağış Ankarada həyatı iflic etdi


Türkiyənin paytaxtı Ankarada axşam saatlarından başlayan güclü yağış sakinlərə zor anlar yaşadıb.

Anadolu agentliyinin məlumatına görə, güclü yağış prospekt və küçələrdə su yığınlarının əmələ gəlməsinə, bəzi yolların və yeraltı keçidlərin isə su altında qalmasına səbəb olub. Şəhərin müxtəlif yerlərində bəzi ev və iş yerlərini də su basıb.

Leysan yağışları səbəbindən bır sıra yollarda avtomobil nəqliyyatında sıxlıq yaranıb. Hazırda güclü yağışın törətdiyi fəsadların aradan qaldırılması istiqamətində ciddi iş aparılır.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
704 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...