Rusiyalı turistlərin təyyarəsi Antalyaya endi

Rusiyalı turistlərin təyyarəsi Antalyaya endi


Bu gün rusiyalı turistləri Türkiyəyə gətirən ilk təyyarə Antalya şəhərinə enib.

Gundeminfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

“Rossiya” aviaşirkətinin birbaşa reysi ilə Moskvadan Türkiyəyə istirahətə gələn turistlərin sayı 189 nəfərdir.

Yerli KİV turistlərin gəlməsi ilə bağlı məlumatı geniş işıqlandırıb. TASS agentliyinin məlumatına görə, hətta gələn turistləri hava limanının əməkdaşları gül dəstələri ilə qarşılayıb, pasport yoxlanışında isə onlara kokteyl təklif olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
722 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...