Fransa Rusiya ilə qarşıdurma üçün qoşun hazırlayır

Fransa Rusiya ilə qarşıdurma üçün qoşun hazırlayır
May ayında minlərlə fransız əsgəri NATO tələblərinə cavab vermək qabiliyyətini yoxlamaq üçün 10 gün ərzində Rumıniyada təlimlərdə iştirak edəcək.

APA xəbər verir ki, bu barədə “Politico”nun dərc etdiyi məqalədə qeyd olunub.

Bildirilib ki, Fransa ordusu Rusiya ilə mümkün hərbi qarşıdurmaya fəal şəkildə hazırlaşır, 2025-ci ilin mayında Rumıniyada keçiriləcək NATO-nun “Dacian Spring 2025” ("Daçyan baharı 2025”) adlı irimiqyaslı təlimlərində iştirak edəcək.

Təlimlər Moskva ilə birbaşa hərbi toqquşma zamanı fransız bölmələrinin alyansın şərq cinahında çevik yerlşdirməyə hazırlığının qiymətləndirililməsinə yönələcək.

Məqalədə 2025-ci ilin Fransa silahlı qüvvələri üçün “həlledici sınaq” olacağı qeyd edilib.

Fransa ordusunun Avropa üzrə quru komandanlığının rəhbəri general Bertrand Tujouse jurnalistlərə bildirib ki, təlimlər hərbi əməliyyatların hazırlanmasına yanaşmanın dəyişməsini əks etdirir.

Generalın sözlərinə görə, “Dacian Spring 2025” təlimi strateji siqnaldır: “İndi bizim konkret düşmənimiz var və biz faktiki döyüşəcəyimiz insanlarla təlim keçirik”.

Toujouse əlavə edib ki, o, fransız əsgərlərinin gələn il sınaqdan keçəcəyinə əmindir.

Məqalədə qeyd edilib ki, son bir neçə ildə Fransanın quru qoşunları Ukraynadakı müharibəyə bənzər yüksək intensivlikli münaqişəyə hazır olmaq üçün dərin transformasiyaya başlayıb. Fransa Rusiya təhlükəsi fonunda Avropa İttifaqında Quru Qoşunları Komandanlıq Mərkəzini genişləndirəcək. Bildirilib ki, Ordu Baş Qərargahı Ukraynadakı münaqişə fonunda Avropada münaqişənin artması səbəbindən komandanlığın təşkilini sürətləndirməyə qərar verib.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
263 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...