“Macarıstan parlamentində şovinistlərə hörmət edilmir” – Orban Navalnı barədə

“Macarıstan parlamentində şovinistlərə hörmət edilmir” –
Macarıstanın Baş naziri Viktor Orban və hakim FİDES partiyasının nümayəndələri fevralın 26-da Macarıstan parlamentində Aleksey Navalnının xatirəsinə elan edilmiş bir dəqiqəlik sükutda ayağa durmaqdan imtina ediblər.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Macarıstan parlamentinin iclasının əvvəlində müxalifətçi deputat Bense Torday hər kəsdən Navalnının xatirəsinə ayağa qalxmağı xahiş edib. Bununla belə, Orban, hakim partiyanın deputatları, eləcə də hökumətinin nazirləri oturmağa davam ediblər.
Hərəkətini şərh edən Orban deyib ki, Macarıstan parlamentində şovinistlərə hörmət edilmir:
“Gürcü-Rusiya müharibəsi zamanı gürcüləri gəmirici adlandıran adama hörmət etməyəcəyik. Amma hər halda yeri rahat olsun”.
Baş nazir həmçinin hakim partiyanın nümayəndələrinə Navalnının qətlinə soyuqqanlılıqla reaksiya verdikləri üçün təşəkkür edib.
Bense Torday Orbanın və hakim koalisiyanın reaksiyasından təəssüfləndiyini bildirib və bunu biabırçılıq adlandırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
349 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...