Zelenski bu halda məğlub olacaqlarını etiraf etdi

Zelenski bu halda məğlub olacaqlarını etiraf etdi
Ukraynanın Prezidenti Volodimir Zelenski Vaşinqtonda amerikalı senatorlarla görüşü zamanı deyib ki, ölkəsi ABŞ-nin köməyi olmasa, münaqişədə məğlubiyyətlə üz-üzə qalar.

“Qafqazinfo” CNN-ə istinadən xəbər verir ki, bunu ABŞ Senatındakı Demokratik çoxluğun lideri Çak Şumer bildirib.

“Hər şeyi mükəmməl şəkildə yekunlaşdıran bir cümlə var idi. Zelenski deyib: “Kömək almasaq, müharibəni uduzacağıq”.

Sentyabrın 21-də ABŞ-nin respublikaçı senatoru Rend Pol bəyan edib ki, Birləşmiş Ştatlar Ukraynaya yardım üçün girovluqda olan dövlət olmamalıdır. O, Ağ Evin rəhbəri Co Baydeni bu təcrübəni dayandırmağa çağırıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
435 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...