Ruslar bu istiqamətdə geri çəkilir, müdafiə edə bilmirlər

Ruslar bu istiqamətdə geri çəkilir, müdafiə edə bilmirlər

Rus ordusunun Zaporojye vilayətində geriyə çəkilmələri onların əsas mövqeləri müdafiə edə bilməməsindən xəbər verir.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutu məlumat yayıb.

"Rusiya qoşunlarının Zaporojye vilayətinə doğru hərəkəti göstərir ki, Ukraynanın artan zərbələri fonunda onlar kritik əraziləri qoruya bilmirlər. Kreml canlı qüvvə və texnikasını Zaporojye vilayətində cəbhə xəttinə yaxın mövqelərə cəmləşdirib, Kiyevin artan zərbələrinin təsirini azaltmağa çalışır. Poloqidən geri çəkilmə xüsusilə diqqət çəkir. Şəhər kritik yol qovşağındadır. Rus qüvvələri qovşağın nəzarəti altında olmayan Tokmakı Ukraynanın əks hücumu zamanı müdafiə etməkdə çətinlik çəkəcək”, - məlumatda deyilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
224 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...