Rumıniyada iki güclü NATO radarı yerləşdiriləcək

  Rumıniyada iki güclü NATO radarı yerləşdiriləcək
Rumıniya prezidenti Klaus İohannis ölkədə iki NATO radarının yerləşdiriləcəyi barədə ölkə parlamentinə rəsmi məlumat verib.

Yeniavaz.com xəbər verir ki, bu barədə noyabrın 23-də “Agerpres” agentliyi məlumat yayıb. İohannis bildirib ki, radarlardan biri İspaniya tərəfindən təmin edilib. O, Rumıniyada Şimali Atlantika Alyansının hava və raketdən müdafiə sisteminə quraşdırılacaq və inteqrasiya olunacaq. Öz növbəsində ABŞ Dəniz Piyadaları Korpusu Ukrayna ilə sərhədə yaxın ölkədə TPS-80 radarını yerləşdirmək niyyətindədir. Avadanlıqların yerləşdirilməsi üçün optimal yerləri müəyyən etmək üçün ispan və amerikalı mütəxəssislər əvvəllər bunu Rumıniya hərbi hakimiyyət orqanları ilə razılaşdıraraq ərazinin kəşfiyyatını aparıblar. Radarlar Ukraynanın şərqində, eləcə də Qara dəniz hövzəsinin mərkəzi və qərb hissələrində hava hədəflərini aşkar etməyə imkan verəcək.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
478 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...