Jirinovskinin partiyasına yeni sədr seçildi

Jirinovskinin partiyasına yeni sədr seçildi

Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski Rusiya Liberal Demokrat Partiyası fraksiyasının sədri seçilib.

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə fraksiyanın mətbuat katibi Aleksandr Dyupin bildirib.

Qeyd edək ki, partiyanın mərhum sədri Vladimir Jirinovski aprelin 6-da uzun sürən xəstəlikdən sonra 76 yaşında dünyasını dəyişib, aprelin 8-də Novodeviçi qəbiristanlığında dəfn edilib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1124 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...