Daha bir məmur koronavirusdan vəfat etdi

Daha bir məmur koronavirusdan vəfat etdi

Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov koronavirusdan dünyasını dəyişib. Gundeminfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Q. Abbasov bir həftəyə yaxındır ki, koronavirusa yoluxubmuş.

Davam edən müalicə prosedurlarından sonra rəis bu gün səhər saatlarında vəfat edib. “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı faktı saytımıza təsdiqləyib.

Bildirib ki, Q. Abbasovun yaşı 65-də çox olduğu üçün Nazirlər Kabinetinin qərarına uyğun olaraq məzuniyyətdə imiş.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
423 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...