Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı

Bakıda karantini pozan kafe icarədarı və müştəriləri cəzalandırıldı

Paytaxtın Səbail rayonunda sərtləşmiş xüsusi karantin rejim qaydlarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafe aşkarlanıb.

"Report"un xəbərinə görə, Səbail Rayon Polis İdarəsi İctimai Təhlükəsizlik şöbəsinin və Post Patrul Xidməti əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə Üzeyir Hacıbəyov küçəsində “Marani-gürcü mətbəxi”nin icarədarı və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar.

Ümumilikdə 3 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, onlar 200 manat cərimə olunublar.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
163 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...