ABŞ-da meyitlərin parklarda dəfni təklif edilir

ABŞ-da meyitlərin parklarda dəfni təklif edilir

ABŞ-ın Nyu-York şəhərində koronavirusdan ölən şəxslərin meyitlərinin müvəqqəti olaraq istirahət parklarında basdırılması təklif edilir.

“Report” Türkiyənin NTV telekanalına istinadən xəbər verir ki, Nyu-York məclisi Səhiyyə komissiyasının sədri Mark Levin “Twitter” hesabında bu barədə paylaşım edib.

Bildirilib ki, Nyu-Yorkda koronavirusdan ölənlərin sayı hər gün artır. Meyitlərin basdırılması üçün yer tapa bilməyən rəsmilər ölənlərin on-on qrup şəklində parklarda müvəqqəti dəfnini təklif edirlər.

Xatırladaq ki, ABŞ-da 367 min yoluxma faktı qeydə alınıb. 11 min insan koronavirusdan ölüb. İnfeksiyanın mərkəzi Nyu-Yorkda 4 mindən çox insan pandemiyanın qurbanı olub.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
46 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...