Qalmaqallı dairədə yeni təyinat

Qalmaqallı dairədə yeni təyinat

Bakıda səhhətində yaranan problemlərlə əlaqədar istefa verən Xətai rayonu 35 saylı üçüncü dairə seçki komissiyasının sədri İmran Hüseynəliyevin yerinə təyinat olub.

Axar.az Unikal.org-a istinadən xəbər verir ki, bu barədə Mərkəzi Seçki komissiyasının bu gün keçirilən iclasında bildirilib.

Onun yerinə isə Qaratov Qarat Şahnəzar oğlu təyin olunub.

Qeyd edək ki, Qarat Qaratov 257 nömrəli məktəbin direktorudur. Yeni Azərbaycan Partiyasının üzvü, Xətai rayonu Sadıqcan 23 ərazisi üzrə Partiya təşkilatının sədridir. Ailəlidir, 3 övladı var.

Xatıeladaq ki, parlament seçkilərində ən ciddi mübarizənin 35 saylı Xətai üçüncü seçki dairəsində gedəcəyi gözlənilir. Bu dairədən deputatlığa namizədlər Rauf Arifoğlu (“Yeni Musavat” Media Qrupunun rəhbəri) və İqbal Ağazadə (Ümid Partiyasının sədri) arasında ciddi rəqabət müşahidə olunur.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
68 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...