YAP-da “namizədlər siyahısı” – VARMI?

YAP-da “namizədlər siyahısı” –

Yeni Azərbaycan Partiyası (YAP) daim seçkilərə hazır partiyadır. Çünki bir seçki prosesi bitən günün səhərisi yeni seçkilərə ən azı qeyri-rəsmi səviyyədə hazırlıqlara başlanılır. Yəni, bu, seçkidən-seçkiyə deyil, daimi bir prosesdir.

Ancaq bir-iki gündən sonra rəsmi start veriləcək növbədənkənar, 6-cı çağırış parlament seçkiləri, daha doğrusu, hakim partiyanı təmsil edəcək, YAP tərəfindən rəsmən namizəd kimi irəli sürüləcək şəxslərlə bağlı patiyanın rəhbər orqanlarında, İcra Katibliyində müzakirələr, dəyənləndirmələr başlamayıb.

YAP-ın hansısa namizədlər siyahısı mövcud deyil, bu barədə hələlik söhbət gedə bilməz və bu yöndə deyilənlərin də heç bir əsası yoxdur. Çünki namizədlər məsələsində tam konkretlik mövcud deyil. Seçim, dəyərləndirmə necə, hansı meyarlar əsasında olacaq, dəqiq bilinmir. Yəqin ki, seçkilərə rəsmən start veriləndən bir müddət sonra namizədlərin müəyyənləşdirilməsi məsələsində konkretlik, dəqiq meyarlar, yanaşmalar bəlli olacaq.

Bunu Etikxeber.az-a açıqlamasında adının çəkilməsini istəməyən tanınmış, nüfuzlu və məlumatlı YAP-çılardan biri deyib.

O, qeyd edib ki, seçki prosesi 60 gündür və onun 38 günü namizədlərin müəyyənləşdirilməsi, irəli sürülməsi və qeydə alınmasını, 21 gün isə təbliğat dönəmini özündə ehtiva edir:

“Namizədlərin müəyyənləşdirilməsi, elan olunması, irəli sürürlməsi (eyni zamanda, qeydə alınması) yanvarın təxminən 17-19-can başa çatmalıdır. Bu baxımdan çox güman ki, bu dəfə də YAP son anda namizədlər siyahısını elan edəcək. Keçən seçkilərdə də belə olmuşdu. Yəni, namizədlərin elan olunması yanvarın ilk ongünlüyündə, ən geci 11-12-cən baş tuta bilər.

Qeyd edim ki, namizədlərlə də bağlı Siyasi Şurasının toplantısının keçirilməsinə ehtiyac qalmayacaq. Bu məsələ 20 nəfərdən ibarət YAP İdarə Heyətinin toplantısında son dəfə müzakirə olunacaq və həmin iclasdan dərhal sonra hakim partiyanın namizədlər siyahısı YAP-ın saytında dərc ediləcək, ictimaiyyətə elan olunacaq”.

Kimlərin namizəd irəli sürüləcəyinə, 68 nəfər YAP-çı deputatdan, eyni zamanda, hakim partiyanın “yaşıl işıq” yandırdığı müstəqil millət vəkillərindən kimlərə yenidən şans tanınacağı məsələsinə gəlincə, mənbə bu haqda indidən dəqiq fikir söyləməyin çətin olduğunu bildirib.

“Ümumi ab-havadan belə görünür ki, heç də “yaşlı-cavan” məsələsi olmayacaq, yaşlı hesab edilən deputatlardan da bir neçəsinə yenidən şans tanınacaq. Bununla belə, namizədlər arasında gənclər, cavanlar əhəmiyyətli hissəni təşkil edəcək. Cavan millət vəkillərindən də yenidən namizəd irəli sürülənləri olacaq, eləcə də, indiyənə kimi millət vəklili olmayan tanınmış gənc, cavan, perspektivli gənclər namizədlər olaraq dəstəklənəcək.

Şəxsi ehtimallarım və qənaətim belədir ki, 68 deputatdan ən azı 20-25-i kənarda qalacaq, eləcə də, YAP-ın “yaşlı işıq” yandırdığı müstəqil deputatlardan bir xeylisi kənarda qalacaq, onlar yenilərilə əvəzlənəcək. Amma bütün hallarda dəqiq cavablar üçün bir qədər səbr etmək, gözləmək lazım gələcək” -deyə, adının çəkilməsini istəməyən etibarlı və məlumatlı mənbə sözlərinə əlavə edib.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
57 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...