Yeni Ombudsman onlardan biri olacaq - FOTOLAR

Yeni Ombudsman onlardan biri olacaq -

Sabah Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılacaq.

Gundeminfo.az xəbər verir ki, bu vəzifəyə Konstitusiya Məhkəməsi, Ali Məhkəmə və Apellyasiya Məhkəməsindən 3 xanımın namizədliyi irəli sürülüb. Onlardan ikisinin adı məlumdur. Adları məlum olan namizədlər Bakı Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abiyeva və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Kəmalə Əliyevadır.

Məsələ MM-in komitə iclasında müzakirə olunduqdan sonra Milli Məclisin plenar iclasına tövsiyə olunacaq. MM-in plenar iclası isə noyabrın 25-də keçiriləcək.

Yeni Ombudsman onlardan biri olacaq -

Kəmalə Abiyeva

Yeni Ombudsman onlardan biri olacaq -

Kəmalə Əliyeva



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
385 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...