Zakir Fərəcov etimadını itirib – Təltif olumadı

Zakir Fərəcov etimadını itirib –

Noyabrın 20-də Sumqayıt şəhərinin 70 illiyi keçirilib. “Yeni Sabah” xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin iştirakı gözlənilsə də, bu baş veməyib. Ölkə başçısı həmin vaxt Pirşaği qəsəbəsində dəmir yolu stansiyasının açılışnda iştirak edib. Daha sonra “28 May” metrostansiyasının qarşısında vətəndaşlarla görüşüb.

Prezidentin Sumqayıtın 70 illiyinə qatılmaması bəzi mülahizələrə səbəb olub. Ehtimal olunur ki, bu, Sumqayıtın icra başçısı Zakir Fərəcovun fəaliyyətinin qənaətbəxş olmaması ilə bağlıdır.

Zakir Fərəcov 2 sentyabr 2015-ci il tarixdə Sumqayıtın icra başçısı təyin edilib. 4 il müddətində Zakir Fərəcovun müsbət işlərindən yalnız Sumqayıt bulvarının yenidən qurulmasını qeyd etmək olar. Lakin bu məsələ də qalmaqalsız ötüşməyib. Bulvarın yenidən qurulmasında iştirak edən şirkətlər hələ də onlara ödənilməli olan vəsaitləri ala bilməyiblər. İş adamları bununla bağlı dəfələrlə müxtəlif aksiyalar keçiriblər.

Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
95 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...