Prezident Rövşən Rzayevlə nələrdən danışdı? - VİDEO

Prezident Rövşən Rzayevlə nələrdən danışdı? -
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevi qəbul edib.

Dövlət başçısı məcburi köçkünlərin problemlərinin həllindən, nəzərdə tutulan işlərdən danışıb.

Prezident “Qobu Park-2” yaşayış kompleksinin açılışını xatırladıb. Qeyd edib ki, həmin açılışda sahibkarlara çağırış edərək onlara bu işlərə qoşulmağı tövsiyə edib:

“Sahibkarlar da mənim bu çağırışıma cavab veriblər. Hesab edirəm ki, köçkünlərin problemlərinin həlli ümumxalq məsələsi olmalıdır. Düzdür, əsas yükü dövlət öz üzərinə götürüb, bu günə kimi 100-dən çox şəhərciyin tikintisi dövlət hesabına təmin edilib”.

Prezidentin Rövşən Rzayevi qəbul etdiyi görüşün videosunu təqdim edirik:


Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
72 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...