İlqar Məmmədov ölkəni tərk edib? - AÇIQLAMA

İlqar Məmmədov ölkəni tərk edib? -
Respublikaçı Alternativ Partiyasının (REAL) sabiq sədri İlqar Məmmədovla bağlı sürpriz bir iddia yayılıb.

Belə ki, siyasətçinin ölkəni tərk etdiyi deyilir. İddialara əsasən, İlqar Məmmədov REAL Partiyasının sədri vəzifəsindən istefa verdikdən sonra xaricə köçüb.

Lakin müxtəlif zamanlarda onun barəsində belə iddiaların yayılması sözügedən məlumatların doğruluğunu da şübhə altın alır.

Hər halda, yenidən belə söz-söhbətlər yayılıb.

Bəs bu iddialar doğrudurmu? İlqar Məmmədov həqiqətən ölkədən gedib?

REAL Partiyasının yeni sədri Natiq Cəfərli “Cebheinfo.az”-a açıqlamasında sözügedən iddianı təkzib edib:


“Bu iddialar tamamilə yalandır. Onsuz da İlqar Məmmədovla bağlı “şəhər əfsanələri” çox yayılır. Bu da kökündən yalandır.

İlqar Məmmədov REAL Partiyasının Siyasi Komitəsinin üzvü olaraq qalır. O, partiyanın idarə edilməsində öz təcrübəsi və məsləhətləri ilə bu gün də Siyasi Komitədə təmsil olunur. Yəni İlqar Məmmədov hazırda ölkədədir”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
223 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...