Tokayev Azərbaycana gəldi

Tokayev Azərbaycana gəldi
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatının (TDT) dövlət başçılarının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə toplantısında iştirak etmək məqsədilə iyulun 6-da Azərbaycana səfərə gəlib.

Gundeminfo.az xəbər verir ki, TDT-yə üzv ölkələrin dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi
düzülüb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Baş nazirinin birinci müavini Yaqub Eyyubov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov, xarici işlər nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.

Tokayev Azərbaycana gəldi
Tokayev Azərbaycana gəldi



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
218 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...