Rusiyada Quranı yandıran şəxs dövlətə xəyanətdə günahlandırılır
Rusiyada, Quranı yandırmaqda təqsirli bilinən 20 yaşlı Nikita Juravel dövlətə xəyanətdə ittiham olunur.
Yeniavaz.com xəbər verir ki, bu barədə Rusiyanın Volqoqrad vilayətinin prokurorluğu məlumat yayıb.
“Volqoqrad vilayətinin prokurorluğu əvvəllər məhkum olunmuş 20 yaşlı Nikita Juravelə qarşı cinayət işi üzrə ittiham aktını təsdiqləyib. O, Rusiya Cinayət Məcəlləsinin 275-ci (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur”, - prokurorluqdan bidirilib.
Müstəntiqlərin sözlərinə görə, Juravel messencer vasitəsilə Ukrayna təhlükəsizlik xidmətinin nümayəndəsinə əməkdaşlıq təklif edib.
2023-cü ilin martında cinayət işində təqsirləndirilən şəxs Rusiya Silahlı Qüvvələrinin hərbi texnikasını daşıyan qatarın, uçan hərbi təyyarənin videoyazılarını, Rusiyanın hərbi hissələrindən birinin xidməti avtomobilinin hərəkəti ilə bağlı məlumatları xarici bir tərəfdaşa göndərib.
Juravel günahını tamamilə etiraf edib. Cinayət işi vilayət prokurorluğu tərəfindən mahiyyəti üzrə baxılması üçün Volqoqrad Vilayət Məhkəməsinə göndərilib.
Rusiya Cinayət Məcəlləsinin 275-i maddəsi maksimum cəza olaraq 20 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.
274 dəfə oxundu