Makronu Afrikadan qovurlar - çabaları da fayda vermir

Makronu Afrikadan qovurlar -

Fransanı Afrikadan qovurlar. Fransa və Afrika arasındakı münasibətlərdə son zamanlar ciddi problemlər yaşanır. Xüsusilə, Fransanın Afrika siyasəti və qitədəki hərbi mövcudluğu ilə bağlı ölkə dailində tənqidlər çoxalıbb.

Fransa, Afrikadakı əvvəlki hərbi mövcudluğunu azaldaraq qitə ölkələri ilə daha bərabər tərəfdaşlıq münasibətləri qurmağa çalışır. Məsələn, Emmanuel Macron 2023-cü ildə Fransanın Afrika siyasətində ciddi islahatlar həyata keçirdiyini deyirdi. Lakin onun bəzi təşəbbüsləri mübahisələrə səbəb oldu.

Gundeminfo.az Fransa mediasına istinadən xəbər verir ki, Fransa, əvvəllər Saheldə anti-terror əməliyyatları keçirdi. Və bu əməliyyatlar bir çox Qərbi Afrika ölkələrində xalq arasında narazılıq yaratdı. Xüsusilə Mali, Burkina Faso və Niger kimi ölkələrdə Fransa əleyhinə etirazlar çoxaldı.

Hazırda Afrika ölklərindəki hərbi hökumətlər Fransa qüvvələrinin çıxarılmasını tələb ediblər. Bu kontekstdə, Fransa öz hərbi bazalarını yerli hökumətlərlə birgə idarə etmək qərarına gəlib və bununla da yerli əhali ilə əlaqələrini yaxşılaşdırmağa çalışır.

Eyni zamanda, Macronun Afrikada mədəni əlaqələrin gücləndirilməsi, afrikalı gənclərə Fransa ilə təhsil və idman sahələrində imkanların yaradılması kimi təşəbbüsləri də diqqət çəkir. Ancaq bu cəhdlər hələ ki, Fransa ilə Afrikanın keçmiş kolonial əlaqələrinə dair mənfi ictimai rəyi tam olaraq dəyişdirə bilməyib.

Hazırda Macrona qarşı Afrikada cciddi etirazlar var və Fransanın qitədən təmamən çıxması üçün tələblər yüksəlməkdədir.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
28 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...