Bu məhsullar bahalaşacaq

Bu məhsullar bahalaşacaq

2024-cü ildə inşaat materialları bazarında qiymət dəyişikliklərini səciyyələndirsək, 2023-cü ilə nisbətdə qiymətlərdə azalmaların baş verdiyini söyləyə bilərik.

Gundeminfo.az Banker.az-a istinadən xəbər verir ki, "Vecon Consulting” qiymətləndirmə şirkəti inşaat materialları bazarının ötən ilə nisbətən təhlilini paylaşıb.

Məsələn, ötən ilin yanvar ayına nisbətdə taxta materialları 12,1-13,2 faiz nisbətən ucuzlaşıb. İl ərzində isə bu rəqəm 12,65 faiz təşkil edib. Pərakəndə və topdansatış bazarında qiymətlərin ucuzlaşması tendensiyası bazar iştirakçılarının və təklif olunan material kütləsinin artımı ilə xarakterikdir. Öncəki illərə nisbətən qonşu ölkələrdən inşaat materiallarının idxal olunmasına maneələrin aradan qalxması, eyni zamanda məhdudiyyət dövründə yerli istehsalın material qıtlığını kompensasiya etməsi məqsədilə böyüməsi, istehsal gücünün artması yuxarıda qeyd olunan ucuzlaşmanın əsas faktorlarındandır.

Ötən ilin yanvar ayına nisbətdə əsas tikinti materiallarından olan armaturun qiymətində 2,4 faiz bahalaşma baş versə də, ilin əvvəlində qiymət sabiq qalıb. Dikt qiymətlərində ciddi ucuzlaşma diqqəti cəlb edir. Belə ki, ötən ilin yanvar ayına nisbətən 14,8-16 faiz ucuzlaşma baş verib. İlin əvvəli üçün bu rəqəm ölçülər üzrə fərqlənib. Belə ki, 15-lik dikt 2,6 faiz ucuzlaşsa da, 18-lik dikt 2,2 faiz bahalaşıb. Dam örtüklərinin ölçülərə müvafiq olaraq 1,2-2 faiz aralığında bahaşıb. İlin əvvəlindən isə bu rəqəmlərdə növünə görə artım 4,4-5,3 faiz aralığındadır. Yerli istehsalda rəqabət olan məhsullarda qiymət stabil qalır. Sement, alçipan, qum, qazobeton qiymətlərini misal göstərmək olar. Metal list, profil və uqolnik qiymətləri dekabr 2023-cü il qiymətləri ilə müqayisədə artsa da (1,7-2,5 faiz), yanvar ayından başlayaraq yenidən artım müşahidə edirik (3,0-13,6 faiz). Əsas tikinti materiallarından olan şüşənin qiymətində isə artım müşahidə olunur (7,1-9,5 faiz).

Ümumilikdə götürüldükdə, ötən ilin yanvar ayına nisbətən tikinti materialları ortalama 0,9 faiz, ilin əvvəli ilə müqayisədə isə 1.5 faiz bahalaşıb. İşğaldan azad olunan ərazilərin yenidən bərpası fonunda genişhəcmli tikinti işlərinin həyata keçirilir. Nəticədə 2024-cü ildə bu amil tikinti materialların qiymətinə ciddi təsir göstərəcəyi şübhəsizdir. Əgər hər hansı isqtisadi-maliyyə böhranı, fors-major hal olmazsa, qeyd olunan proqnoz özünü tam doğruldacaq.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
357 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...