Qoca Səmədov vəfat etdi

Qoca Səmədov vəfat etdi
Yevlaxın sabiq icra başçısı Qoca Səmədov dünyasını dəyişib.

Bu ilin iyul ayında səhhəti ilə bağlı şərti azadlığa buraxılan Qoca Səmədov yaşadığı evdə vəfat edib.

Qeyd edək ki, Q.Səmədov Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən 2019-cu ildə həbs olunub.

Vəzifə cinayətləri ilə bağlı ittiham olunan sabiq icra başçısına son olaraq 5 il 9 ay müddətə azadlıqdan mərhumetmə cəzası təyin olunub. Bu ilin iyulunda səhhəti ilə bağlı cəzasının çəkilməmiş hissəsindən şərti azadlığa buraxılıb.

O, həbsdə olduğu müddətdə üç dəfə əməliyyat olunub.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
246 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...