Daha bir rayonda qızılca aşkarlandı

Daha bir rayonda qızılca aşkarlandı
Qaxda qızılca xəstəliyinə ilk yoluxma qeydə alınıb.

Manset.az xəbər verir ki, rayonun Qapıçay kənd sakini, 13 yaşlı Sahibə Sirac qızı Babayeva dekabrın 2-i qızılca xəstəliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasının (RMX) Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Məlumata görə, bu Qaxda birinci qızılca xəstəliyinə yoluxma halıdır.

S.Babayeva Qapıçay kənd orta məktəbinin 7-ci sinif şagirdidir.

Rayonun Qarabaldır kənd sakini 5 yaşlı Abdurəhman Taleh oğlu Məmmədli qızılca xəstəliyi ilə bu gün Qax RMX-nın Yolxucu xəstəliklər şöbəsinə daxil olub.

Qeyd edək ki, qızılca xəstəliyinə yoluxma halı ölkənin Şimal-qərb bölgəsində ilk dəfə sentyabr ayının ikinci ongünlüyündə Şəki Şəhər İnteqrasiya Təlimli İnternat Tipli Gimnaziyada qeydə alınıb.

Oktyabr ayının birinci ongünlüyündə isə bölgədə Zaqatala rayonunda qızılca xəstəliyi qeydə alınıb.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
254 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...