“Oğru aləmi”, “vorzakon”, “AUE”: Valideynlərin diqqətinə!

Son vaxtlar azyaşlı və yeniyetmə məktəblilər arasında kriminal aləmə marağın artdığı müşahidə edilir.

“Oğru aləmi”, “vorzakon”, “AUE” və digər belə ifadələr məktəb yaşlı uşaqlar arasında dillər əzbərinə çevrilib. Onlar üçün bu ifadələr sanki dərin məna kəsb edir və özlərini kriminal dünyanın nümayəndələri kimi aparmağa çalışırlar.

Bununla bağlı görüntülərə sosial şəbəkələrdə tez-tez rast gəlmək mümkündür. Bunu görən sosial şəbəkə istifadəçilərinin bəzisi günahkar kimi məktəbi, bəzisi valideynləri, bəzisi isə uşaqların özünü görür.
“Oğru aləmi”, “vorzakon”, “AUE”:

Bəs bu hal nədən qaynaqlanır? Məsələdə müqəssir kimdir?

Psixoloq Zeynəb Əyyubova Yenisabah.az-a açıqlamasında yeniyetmə oğlanların bu cür həyata meyillənməsində ilk səbəbin ata modeli olduğunu bildirib.

Onun sözlərinə görə, yeniyetmələr evdə doğru ata modeli görmədikdə virtual aləmə meyllənir və özlərinə oradan bir kumir seçməli olurlar:

"Son dövr uşaqların kriminal aləmə, bu tip yaşam tərzi keçirən insanlara marağının səbəbi var. Yeniyetmənin bir modeli olmalıdır, ona özü üçün ideal bildiyi bir kumir lazımdır. Bu isə adətən, oğlanlarda ata, qızlarda isə ana olur.

Bəzən oğlan uşağı evində normal ata modeli görmür, onun gördüyü ata modeli anası ilə daim dava edən, evə normal qazanc gətirə bilməyən, boş işlər üzərində mübahisə yaradan biridir. Belə olan halda yeniyetmə müxtəlif seriallara baxır, seriallarda isə bu aləm təbliğ olunur, belə həyat tərzi sürənlər ucaldılır, yeniyetmədə də bu zaman ona bənzəmə istəyi yaranır.

Daha sonra sosial şəbəkələrə baxır və görür ki, onların həyat tərzi təbliğ olunur, mal varlığı, gücü-qüdrəti ağızdolusu təriflənir. İstər-istəməz azyaşlı uşaqlar kriminal avtoritetlərə bənzəməyə çalışır, onları təqlid edirlər. Onlara bənzəmək istəməklərinə isə səbəb odur ki, başqa ideal variantları yoxdur. Uşaq kimə bənzəsin?

Maarifləndirmə getmir, ailə modelindən ümumiyyətlə, çıxırıq və uşaq da virtual aləmə sığınır. Virtual aləmdə də özünə bir lider, ideal hesab etdiyi şəxs tapır və başlayır ona bənzəməyə. Buna görə valideynlər, məktəb, ətraf birlik olmalıdır. Bu gün məktəblərin binalarının divarlarının üstünə baxsaq hər yerdə kriminal aləmin simvollarını görürük. Çünki uşaqlarımız həmin şəxslər kimi olmaq istəyir. Bu gün valideynlərin çoxunun başı öz alınmayan həyatına qarışıb".

Psixoloq azyaşlı övladında bu cür hallar müşahidə edən valideynlərə də məsləhət verib:

"Azyaşlı övladında bu cür halları müşahidə etdikdə ana əvvəla ata ilə məsləhətləşməlidir. Aydınlaşdırılmalıdır görək niyə uşaq başqa bir kişiyə bənzəmək istəyir? Valideyn bunu ata ilə paylaşandan sonra iksi bərabər problemi həll etməyə çalışmalıdır. 1 həftə, 10 gün buna çalışıb görsələr ki, həll edə bilmirlər, bu zaman bir mütəxəssisə müraciət etməlidirlər. Həmin mütəxəssis də yeniyetmınin idealının niyə həmin şəxslər olduğunu aydınlaşdırmalı və bu üzrə yol gedib problemi aradan qaldırmalıdır".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
245 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...