“Nolar, daha dollar qalxmasın” - Günay İbrahimli

“Nolar, daha dollar qalxmasın” -


Müğənni Günay İbrahimli manatın dəyərdən düşməsindən söhbət açıb.

Musavat.com saytına açıqlama verən ifaçı bildirib ki, dolların bahalaşması layihələrinin təxirə düşməsinə səbəb olub:

“Dolların qalxması hamı kimi mənə də mənfi təsir göstərdi. Yeni layihələr üzərində işləmək istəyirdim. Məcburən təxirə saldım. Nolar, daha dollar qalxmasın. Mən də bu xalqın nümayəndəsiyəm. Xalq kimi mən də əziyyət çəkirəm. Hər şeyin yoluna düşməsini istəyirəm”.

Müğənni 2016-cı illə bağlı planlarından da bəhs edib:
“2016-cı ildən konsert, çoxlu mahnı gözləyirəm. İstəyirəm ki, daha çox uğur qazanım. 2015-ci il çətin il oldu. Hazırda karyeramı düşünürəm. Ailə qurmaq planımda yoxdur. Amma qismətə inanan insanam. Bir anda ailə qura bilərəm. Ailə qurduqdan sonra sənəti atmağı düşünmürəm”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1472 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...