İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq

 İlhamə Quliyeva bu gün xəstəxanadan evə buraxılacaq


Xalq artisti İlhamə Quliyeva bu gün Mərkəzi Neftçilər xəstəxanasından evə buraxılacaq. İ. Quliyeva APA-ya bildirib ki, hazırda özünü yaxşı hiss edir: “Səhhətimdə olan bütün problemlər aradan qaldırılıb. Artıq ayaq üstəyəm, bu gün xəstəxanadan çıxacağam. Mənə göstərdikləri diqqətə görə xəstəxananın bütün həkim heyətinə, rəhbərliyinə təşəkkür edirəm”.

İ. Quliyeva əlavə edib ki, evdə həkim nəzarətində olacaq: “Yəqin ki, dərmanlar, həblər qəbul edəcəyəm. Həkim nəzarətinin olması vacibdir. Əsas odur, təhlükə tamam sovuşub”.



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1133 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...