Nadir Qafarzadə: “Benzin 2 deyil, 5 manat da olsa, insanlar alacaqlar”
“Bahalaşma hər zaman olub, insanlar isə sonda bununla normal şəkildə razılaşıblar. İndi də benzinin qiymətinin qalxması ilə guya nə olacaq? Biz dövlətlə dövlətçilik edə bilmərik ki... Yəqin ki, dövlət düzgün şəkildə fikirləşib və belə qərar qəbul edib. Bizim bundan narazı və ya razı olmağımız heç nəyi dəyişmir. İnsanlar yenə də benzin alacaqlar. Maşını olan adam qiymət iki manat deyil, beş manat da olsa, yenə də benzin alıb tökəcək”.
Bunu Pravda.az-a açıqlamasında tanınmış müğənni Nadir Qafarzadə deyib.
N.Qafarzadə bildirib ki, böyük həcmli avtomobillərdən kiçik həcmlilərə keçid etmək lazımdır: “Artıq zamanla böyük mühərrikli avtomobillərdən kiçik mühərrikli maşınlara keçmək lazımdır. Özümdə də dörd mühərrikli avtomobildir, ancaq yavaş-yavaş ekonom avtomobillərə keçid etməyin zəruri olduğunu düşünürəm. Belə olan halda tıxaclar da olmayacaq, çünki böyük avtomobillər daha çox tıxacın yaranmasına səbəb olurlar. Əsas odur ki, maşın ayağımızı yerdən götürsün. Biz sadəcə böyük maşınları, şöhrətpərəstliyi xoşlayırıq. Avropada artıq çoxdan kiçik həcmli, sadə avtomobillərə keçid ediblər. Oradan bəzi dırnaqarası şeyləri götürməkdənsə, belə şeyləri götürmək lazımdır. Onlar fikirləşirlər ki, böyük və ya kiçik həcmli maşın olsun nə fərqi var, istənilən halda mənzil başına çatacam. Amma yenə də qeyd edirəm ki, sabah benzin iki deyil, beş manat da olsa, insanlar alacaqlar. Bundan əvvəl də qiymət artımı oldu, əksinə şəhərdə avtomobillərin sayı, eləcə də tıxaclar çoxladı. İnsanlar sanki acığa daha çox avtomobil alırlar. Bilmirəm... Heç özüm də anlamıram ki, bu, nə məsələdir... Ancaq mən heç kimin işinə qarışmıram. Bu qaydaları tənzimləyən insanlar belə məsləhət görüblərsə, qoy olsun”.
1763 dəfə oxundu