"Bəzi vəzifə adamları mənə intim münasibət təklif edib"- aparıcı Vüsalə

"Bəzi vəzifə adamları mənə intim münasibət təklif edib"-


Bir neçə gün öncə redaksiyamızın qonağı tanınmış aparıcı Vüsalə Kərimova oldu. BiG.AZ-a geniş müsahibə verən aparıcı xanım səmimiliyi ilə bizi də təəccübləndirdi. Bir çox aparıcıların cürət edib demədiklərini Vüsalə bizə etiraf etdi. "Yüksən vəzifə sahiblərindən sənə intim münasibət təklif edən olubmu" sualına aparıcı belə cavab verib:

"Bəzi vəzifə adamları mənə intim münasibət təklif edib. Yuxarıdan zənglər olub. Daha onu soruşmamışam ki, bir gecəlikmi istəyiblər, ya on gecəlikmi ... Amma etiraf edirəm ki, 3-4 nəfər olub. Tanıdığım, yüksək təbəqədən olan insanlardan zənglər gəlib. Bəziləri özümə, bəziləri isə tanışlarım vasitəsilə mənimlə əlaqə yaratmaq istəyiblər".

"Nə cavab vermisiniz? Pul soruşmusunuzmu?" sualına da Vüsalə belə cavab verdi: Nə? Mən heç vaxt pul müqabilində kimləsə ünsiyyət qurmuram. Müxtəlif cavablar olub, amma nəticə etibarilə heç nə dəyişməyib. Elə adam da olub ki, deyib ki, nömrəni verim özün de ki, yox. Həmin adamı bərk tənbeh etmişəm ki, mənə artıq zəng gəlsə bilərəm ki, nömrəmi sən vermisən".



Twitter Facebook Myspace Stumbleupon Technorati blogger google
1556 dəfə oxundu
 



XƏBƏR LENTİ
Loading...